Cüdoçumuz Əbu-Dabidəki "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.

Presssport.a xəbər verir ki, idmançımız yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub. 

Eyni çəkidəki Ömər Rəcəbli təsəlliverici görüşdə uduzub.

Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. 

Nəriman Mirzəyev (hər ikisi 73 kq) isə əvvəlki raundlarda məğlub olaraq mübarizəni erkən dayandırıb.

Onu da bildirək ki, Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan 6 cüdoçumuzdan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.

Xatırladaq ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC