“Mingəçevir Reqatası-2024” Qarabağda - ilk dəfə Füzulidə keçiriləcək

16-18 oktyabr tarixlərində Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri keçiriləcək. 

AKAF-dan Presssport.az-a verilən məlumata görə, yarışda 12 ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparacaq. Ənənəvi reqata ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək. 

Yarışlara 16 oktyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar 17 oktyabrda Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq. 18 oktyabr tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Xatırladaq ki, AKAF buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda ilk dəfə geniştərkibli idman tədbiri, həmçinin “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərini təşkil edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC