“Neftçi”nin yeni baş məşqçisi bəlli olub.
Presssport.a xəbər verir ki, bu, Zaqreb “Dinamo”sunun sabiq məşqçisi Sergey Yakiroviçdir.
Bosniyalı mütəxəssisin artıq Bakıya gəldiyi bildirilir. Hazırda tərəflər arasındakı danışıqların son mərhələsidir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Sergey Yakiroviçin sonuncu iş yeri yeri Zaqreb “Dinamo”su olub. Xorvatiya çempionu bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində məhz onun rəhbərliyi altında “Qarabağ”ı hər iki oyunda məğlub edərək mərhələni adlamışdı. O, ÇL-in Liqa mərhələsində “Bavariya”ya böyükhesablı məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan qovulmuşdu.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib, ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb (futbolinfo.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC