2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Presssport.az Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.
Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.
Xatırladaq ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda təşkil edilib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC