"Araz-Naxçıvan" bir günlük istirahətin ardından məşqlərini bərpa edib.
Presssport.az xəbər verir ki, əvvəlcə doğum gününü qeyd edən Urfan Abbasova kollektiv adından təbriklər çatdırılıb, klubun icraçı-direktoru Eldəniz Yusubov tərəfinən üzərinə “300” yazılmış forma hədiyyə olunub. 32 yaşlı müdafiəçi VI turda “Kəpəz”lə baş tutan matçda Misli Premyer Liqasında 300-cü oyununu keçirib.
Daha sonra komanda isinmə hərəkətlərinə başlayıb, ardınca isə taktiki çalışmalar yerinə yetirib. Zədəli olan Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba məşqdə iştirak etməyib.
Xatırladaq ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının X turunda “Şamaxı” ilə qarşılaşacaq. Oyun oktyabrın 19-da, saat 15:30-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC