Azərbaycan milli komandasının sabiq futbolçusu Araz Abdullayev özünə yeni klub tapıb.
Presssport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını I Liqa təmsilçisi “Qaradağ Lökbatan”da davam etdirəcək.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Arazla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Abdullayevin son klubu “Zirə” olub. O, bu ilin yayından klubsuz idi.
Onu da bildirək ki, Araz “Qaradağ Lökbatan”ın rəhbəri olan Sadıq Sadıqov "Neftçi"nin prezidentliyi dövründə bu klubda karyerasının ən yaxşı illərini keçirib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC