"Araz-Naxçıvan" "Qəbələ"ylə kubok matçınadək Qəbələdə qaldı?

“Araz-Naxçıvan” Premyer Liqanın XXI turunda “Kəpəz”lə Qəbələdəki matçdan sonra Bakıya qayıdıb. 

Presssport.az xəbər verir ki, Azər Bağırovun komandası “Qəbələ”ylə Azərbaycan Kubokunun cavab 1/4 final matçınadək Qəbələdə qalmağı məqsədəuyğun saymayıb. Bu addım ilk növbədə futbolçuların ailələrinin yanında olmasına görə atılıb. Yeri gəlmişkən, qəbələlilər də Premyer Liqanın son turunda “Zirə”ylə ev matçından sonra paytaxta üz tutub.

Dünən istirahətdə olan naxçıvanlılar bu gün bir araya gələrək Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edəcək. Sabah isə komanda Qəbələyə yenidən səfərə çıxaraq oyunöncəsi son məşqini orda keçirəcək.

Bağırov köhnə zədəsini müalicə etdirən sağ cinah müdafiəçisi Abdulla Rzayevin xidmətindən yenə yararlana bilməyəcək. Son günlərdə qripia yoluxaraq müalicə alan braziliyalı mərkəz müdafiəçisi İqor Rodrigesin isə Qəbələdəki növbəti matçadək sıraya dönəcəyi gözlənilir.

Xatırladaq ki, “Kəpəz”ə 2 gün əvvəl 1:3 hesabıyla uduzan Muxtar Respublika təmsilçisi “Qəbələ”ylə fevralın 9-da saat 16:00-da oynayacaq. Komandaların “Dalğa Arena”dakı ilk matçda 1:1 hesabıyla yekunlaşıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC