Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyeri qəbul edib.

Presssport.a nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüşdə Beynəlxalq Xizək Alpinizmi Federasiyası ilə əlaqələr, Azərbaycanda xizək alpinizminin inkişafı və gələn il ölkəmizdə keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq istiqamətində görülən işlər müzakirə edilib.

Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov da iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC