Azərbaycanın 3 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.
Presssport.az xəbər verir ki.,Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək.
Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.
Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29).
Allahverdiyev növbəti sınağında serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.
Yarımfinal görüşləri oktyabrın 17-də keçiriləcək.
Xatırladaq ki, bir gün öncə yığmamızın boksçusu Marjona Savriyeva (50 kq) da 1/4 final görüşünü qələbə ilə başa vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC