Daha bir boksçumuz Avropa çempionatının gümüş medalını qazanıb

Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatının gümüş medalını qazanıb.

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.

Belə ki, 51 kq-da çıxış edən boksçumuz fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Bununla da yığmamızın Sofiyada əldə etdiyi medalların sayı 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) 2-ci, Marjona Savriyeva (50 kq) 3-cü yeri tutub.

Xatırladaq ki, bu gün yığmamızın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC