“Qəbələ” tarixində 500-cü ev qoluna imza atıb.
Presssport.az xəbər verir ki, bu, I Liqanın V turuna təsadüf edib.
“Difai” ilə qarşılaşmadakı yeganə qolun müəllifi Abdullahi Şuaybu yubiley topuna imza atıb.
“Qırmızı-qaralar” öz meydanındakı 500-cü qolu 351-ci matçda vurub. Komanda Premyer Liqada 342, kubokda 82, I Liqada 49, avrokuboklarda 27 dəfə qonaqların qapısına yol tapıb.
“Qəbələ”nin tarixində ilk ev qolu 2005-ci il sentyabrın 21-də vurulub. I Liqada debüt mövsümünün ilk turunun “Şərur”la görüşündə 8:0 hesabı ilə qalib gələn komandanın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.
Onu da bildirək ki, ki, I Liqanın cari mövsümünün II turunun “Qaradağ Lökbatan”la səfər qarşılaşmasında (5:0) son topun müəllifi olan Şuaybu klub tarixinin 900-cü və səfərdəki 400-cü qoluna da imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC