AFFA U-15 Liqasında I turdan təxirə salınmış oyun keçirilib.
Presssport.az xəbər verir ki, liqanın iddialarından sayılan “Qəbələ” “Kəpəz”i qəbul edib.
Meydan sahibləri bu matçda qələbəyə daha çox şanslı sayılırdı. Ən azı ona görə ki, keçən mövsüm bu komandaların görüşündə “qırmızı-qaralar” rəqibi üzərində böyükhesablı qələbə qazanmışdı - 5:2.
Ancaq bu dəfə fərqli mənzərə oldu. Belə ki, “Qəbələ” “Kəpəz”in qapısına bir dəfə də olsun yol tapa bilmədi. Bundan da gəncələrin perspektivli qapıçısı Qüdrət Qarayevin böyük rolu oldu. Belə ki, 15 yaşı hələ tamam olmamış istedadlı, ucaboylu qolkiper oyunda gözəl qurtarışlarıyla qəbələlilərin qol vurmasına imkan vermədi. Matçda ümumiyyətlə, qol qeydə alınmadı - 0:0.
Bunadək digər komandalarla müqayisədə 2 oyun az keçirmiş “Qəbələ”ylə “Kəpəz” hazırda turnir cədvəlində qonşudu. Belə ki, “qırmızı-qaralar” 14 xalla 8-ci pilləyə yüksəlib. Ondan 1 xal geridə qalan gəncəlilər Qərb derbisinin digər təmsilçisi “Turan Tovuz"la turnir cədvəlində 9-10-cu pillələri bölüşdürür.
Onu da bildirək ki, “Kəpəz” daha bir oyunu təxirə salınıb. Belə ki, növbəti turda oktyabrın 27-də “Qarabağ”ın qəbul etməli olan Gəncə təmsilçisi rəqibin xeyli futbolçusu yığmalara cəlb oldunduğundan matç təxirə salınıb. “Sabah” - "Vətən" qarşılaşması da bu səbəbdən başqa vaxtda oynanılacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC