“IQ Sports Media və Marketinq Agentliyi” ikiqat paralimpiya çempionu, paratlet Lamiyə Vəliyeva ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Presssport.az xəbər verir ki, bundan sonra idmançıya media, marketinq, reklam bazarından təmsilçilik və şəxsi brendləşdirmə istiqamətində “IQ Sports Agency” xidmət göstərəcək. Bununla əlaqədar tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Lamiyə Vəliyeva Tokio-2020 və Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibidir. Bununla yanaşı, 4 qat dünya çempionu da olan paratlet hazırda Azərbaycanın ən uğurlu qadın idmançılarından biridir.
Qeyd edək ki, “IQ Sports Agency” ölkəmizdə idman sektoruna media və marketinq xidmətləri göstərir. Azərbaycan idmanı və idmançıları üçün çox gözəl xəyalları olan agentlik bu yolda inamla irəliləyir və fəaliyyətini genişləndirmək istiqamətində uğurlu işlər görməkdədir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC