“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini qazanıb.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley XI turun Qərb derbisinə təsadüf edib.
Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.
Komanda 30-cu qalibiyyətini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə 3 xal qazanıb.
Onu da bildirək ki, "Turan Tovuz" Premyer Liqada ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC