Mutu indi futbol haqda düşünmür: "Qarabağ" şou göstərir"

"Neftçi"nin rumıniyalı sabiq baş məşqçisi Adrian Mutu öz ölkəsinin mətbuatına açıqlama verib. Presssport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Baklı klubundakı işi barədə və Azərbaycan çempionatının durumu haqda danışıb. Mutu "Sabah"ın Türkiyədə yoxlama oyununda keçmiş komandası Buxarest "Rapid"ini məğlub etməsi (2:1) haqqında internetdən oxuduğunu deyib: "Həmin komanda Azərbaycan çempionatında 8-ci yerdədi. Turnir cədvəlində 2-ci yerdən bir xal geri qalan "Neftçi" ilə 3-cü pilləyə yüksəlmişdim. Azərbaycan çempionatı güclüdü, balans var, fərqləri də görmək olur. Üstəlik, çempion olan "Qarabağ" şou göstərir və Avropa Liqasında çıxış edir" Mutunun sözlərinə görə, anasının vəfatından çox sarsılaraq hazırda yeni komandada işləmək barədə düşünmür: "Artıq fevraldan sonra futbol haqda fikirləşəcəm. Hazırda yox! İndi sadəcə, sakitləşmək barədə düşünürəm. Hazırkı müddətdə qış hazırlığı ilə məşğul olan komandaların öz məşqçiləri var. Görək, nə olacaq". Xatırladaq ki, Mutu 2023-cü ilin iyulunda baş məşqçi postuna gələrək 2 illik müqavilə imzaladığı "Neftçi"dən bundan 5 ay sonra istefaya göndərilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC