Azərbaycan stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirini 9 medalla başa vurub.
Presssport.az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günlərində komanda 7 medal qazanıb.
Şəbnəm Mansurova U-15 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə 2-ci, Yağmur Məmmədli isə 3-cü yeri tutub.
U-19 yaş kateqoriyasında da gücünü sınayan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli 3-cü olub.
Yarışın ilk günündə Quluzadə ilə Məmmədli U-13 yaş qrupunda baş mükafata yiyələnmişdi. Beləliklə, stolüstü tennisçilər Riqa sınaqlarını 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC