Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar bu ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb.
Bu barədə Presssport.az-a AAF-nin mətbuat xidmətindən məlumat verilib.
Söhbət zamanı ölkəmizdə ağırlıqqaldırmanın perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.
AAF-nin uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən Umudov bu işdə IWF-nin dəstəyinin önəmini vurğulayıb.
Daha sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri və akademiyaların işinin təşkili barədə söhbət aparılıb. Görüşün sonunda Umudov Caluda AAF-nin xüsusi hədiyyəsini təqdim edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC