Azərbaycanlı atlet Qasım İsmayılov (67 kq) Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, birdənqaldırma yarışında 120 kq çəkidə nəticə göstərən Q.İsmayılov 4-cü olub.
Təkanla qaldırmada daha yaxşı təsir bağışlayan idmançımız 153 kq çəkinin öhdəsindən gəlməklə bürünc mükafat əldə edib. O, iki hərəkətin cəmində də ən güclü üçlüyə düşməyi bacarıb. Toplamda atlet 273 kq nəticə ilə Avropa birinciliyində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Onu da bildirək ki, bu gün daha 2 təmsilçimiz - Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kq.) Avropa birinciliyində U-23 kateqoriyasında qüvvələrini sınayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC