Mövsümün ən məhsuldar futbolçusuna təqdim edilən Herd Müller mükafatının sahibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, 2023/24 mövsümünün yekunlarına əsasən mükafatın 2 qalibi olub.
Bunlar “Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn və “Real”ın fransalı forvardı Kilian Mbappedir. Hər ikisi klub səviyyəsində mövsüm ərzində 44 dəfə fərqlənib. Mbapppe bunu 48, Keyn isə 45 matçda bacarıb.
Xatırladaq ki, ötən mövsüm mükafatı norveçli hücumçu Erlin Holand, 2021 və 2022-ci illərdə isə onun polşalı həmkarı Robert Levandovski qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC