"France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının qalibi bəlli olub.
Presssport.az xəbər verir ki, təqdimetmə mərasimi Parisdəki “Şatle” teatrında keçirilən 2024-cü il "Qızıl top" mükafatına əsas namizəd "Real"dan braziliyal cinah yarımmüdafiəçisi Vinisius Junior olsa da, mükafatı İspaniya millisinin və “Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Rodri qazanıb.
Vinisius 2-ci yeri tutub. Onun “Real”dakı ingiltərəli komanda yoldaşı Cud Bellinqem isə 3-cü olub.
Rodri keçən mövsüm “Mançester Siti”nin heyətində keçirdiyi 50 matçda 9 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.
O, klubuyla İngiltərə Premyer Liqasının və klublararası dünya çempionatının qalibi adını qazanıb, həmçinin İspaniya millisinin heyətində Avropa çempionu olub.
Rodri “Qızıl top”u qazanan sayca 3-cü ispaniyalı futbolçudu. Ona qədər “Real”ın sabiq hücumçusu Alfredo Di Stefano (1957, 1959) və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Luis Suares (1960) mükafatı qazanıb.
Xatırladaq ki, “Qızıl top”un son qalibi Lionel Messi idi. 37 yaşlı argentinalı hücumçu həmçinin tarixdə ən çox bu mükafatı qazanan oyunçudu (8 dəfə).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC