Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenboş şəhərində keçirilən “International Challenge” seriyalı “Yonex Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
Presssport.az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadə xəbə veri ki, o, şəxsi yarışda finala kimi irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Keişa Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.
Fatimə Zəhra qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14:21,16:21) hesabı ilə uduzaraq gümüş mükafat əldə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC