Futbol üzrə idman jurnalistlərindən ibarət milli komandamız beynəlxalq turnirdə 3-cü olub

Gürcüstanın Batumi şəhərində məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında 6-cı Beynəlxalq Media Kuboku turniri keçirilib.

Presssport.az xəbər verir ki, 8 ölkənin iştirak etdiyi yarışda Azərbaycanı İdman Jurnalistlərindən ibarət yığma komanda təmsil edib.

Komandamız Macarıstan, Litva və Moldova yığmalarının yer aldığı A qrupunda iki qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Yarımfinalda meydan sahibi Gürcüstan yığması ilə qarşılaşan komandamız yekunda məğlub olaraq turniri 3-cü pillədə tamamlayıb. Komandamızın üzvü Məsim Məsimzadə turnirin ən yaxşı hücumçusu seçilib.

Turnirin qalibi isə Moldova komandası olub.

Səfərin reallaşmasında göstərdiyi dəstəyə görə komandamız Azərbaycan Respublikasının Gənclər və idman nazirliyinə və Peşakar futbol liqasına (PFL) təşəkkür edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC