Ağırlıqqaldıranımız Polşadakı Avropa birinciliyində 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü (109 kq) Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində 3 medal qazanıb.

Presssport.az Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, birdənqaldırmada 173 kq nəticə göstərərək gümüş medalını qazanıb.

Təkanlaqaldırmada 201 kq ağırlığı başı üzərinə qaldıran idmançı bu dəfə bürünc medala sahib olub.

Şükürlü toplamda da ilk "3-lüy"ə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticə ilə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC