Azərbaycan qılıncoynadanı Abbas Hüseynov Türkiyənin İstanbul şəhərində keçirilən "Cadet Circuit" turnirində gümüş medal qazanıb.
Presssport.az xəbər verir ki o, 17 yaşadək yeniyetmələr arasında sablya növündə uğurlu çıxış edib.
Qrup mərhələsində 5 görüşdə qalib gələn Hüseynov pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil edən rəqiblərini üstələyərək finala yüksəlib.
O, həlledici dueldə Türkiyə qılıncoynadanı Yigit Ayaza 6:15 hesabı ilə uduzaraq "Cadet Circuit"in İstanbulda keçirilən mərhələ yarışında gümüş mükafat əldə edib.
Onu da bildirək ki, turnirə 150-dən çox idmançı qatılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC