"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç yubiley matçlarını keçirib.
Presssport.az xəbər ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, adıçəkilən futbolçular 100-cü dəfə komandalarının formasını geyiniblər. Bu, Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Bodo Qlimt"lə (2:1) matça təsadüf edib.
Misli Premyer Liqasının XIII turunda "Zirə" ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdən əvvəl Bayramov və Yankoviçə "Qarabağ"ın xatirə forması və diplom təqdim olunub. Mükafatı "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl və baş meneceri Asif Əsgərov verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC