İsveç millisinin meneceri Stefan Pettersson Azərbaycan, Estoniya və Slovakiya yığmaları ilə C1 qrupunda oynayacaqları UEFA Millətlər Liqasının püşkatma mərasimini şərh edib.
Presssport.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytına danışan Petterson çətin qrupda yer aldıqlarını deyib: "Bu, bizə tanış olan millilərin yer aldığı maraqlı qrupdur. FİFA reytinqinə baxanda, Slovakiya ən güclü rəqibdi. Amma oyunlara gəldikdə, reytinqlər ümumiyyətlə, əhəmiyyət kəsb etmir. Yaxşı hazırlaşdığımızdan və bu qrupda yaxşı çıxış etdiyimizdən əmin olmalıyıq".
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC