Bakıda səfərdə olan “Barselona”nın prezidenti Xuan Laporta Azərbaycan təmsilçilərinin aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
Presssport.az xəbər verir ki, 62 yaşlı ispaniyalı funksioner "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", "Səbail" və ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
Klub prezidenti oyunçularla söhbət edib, onların formalarını imzalayıb.
Xatırladaq ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC