Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Presssport.az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qızıl mükafatları şəxsi yarışda qadınlardan Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov - Era Maftuha tandemi əldə edib.
Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala sahib çıxıb..
Daha 2 bürünc mükafatı qadınlardan Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha hesabımıza yazdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC