“Qarabağ”ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev 5 oyunluq cəzalanıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.
Buna 35 yaşlı mütəxəssisin noyabrın 8-də U-15 Liqasında keçirilən “Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb. Əliyev həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.
Həmin oyunda “Qarabağ”ın futbolçusu Oqtay Mehrəliyev də cəzalandırılıb. O, qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyunluq diskvalifikasiya olunub.
“Qarabağ”ın azarkeşləri də hakimləri təhqir və təhdid edib. Bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC