Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının son - VI turunda İsveç yığmasına 0:6 hesabı ilə uduzub.
Presssport.az xəbər verir ki, C Liqasında mübarizə aparan Fernandu Santuşun komandası qrupu 1 xalla sonuncu - 4-cü pillədə başa vurub.
Bununla millimiz C Liqasında ən pis nəticəyə malik komandalardan biri kimi birbaşa D Liqasına düşüb. Ora birbaşa yuvarlanan digər komanda isə Litvadı (6 oyun, 0 xal).
Latviya və Lüksemburq isə D Liqasının 2 qrup ikincisi ilə - Malta və Cəbəllütariqlə 2 matçdan ibarət pley-off görüşü keçirəcək (evdə və səfərdə).
Yığmamız budəfəki UEFA Millətlər Liqasının qrup mərhələsində cəmi 3 qol vurub, 17 qol buraxıb. Bugünkü oyunadək komanda Slovakiyaya 1:3 və 0:2 hesabı ilə uduzub. Millimiz Estoniya ilə ilk görüşdə 1:3 hesabı ilə məğlub olub, son matçında 0:0 hesablı heç-heçə edib. Həmçinin Azərbaycan İsveçlə ilk görüşündə 1:3 hesabı ilə uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC