“Qarabağ”ın orta sahə oyunçusu Marko Yankoviç və “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Monteneqro millisində növbəti oyuna çıxıb.
Presssport.az xəbər verir ki, UEFA Millətlər Liqasının sonuncu - 6-cı turunun oyununda onların yığması Türkiyə millisini qəbul edərək 3:1 hesabıyla qalib gəlib.
Yankoviç yağış yağması nəticəsində bərbad vəziyyətə düşən qazonda 90 dəqiqə top qovub. O, ilk hissədə əvvəlcə sarı vərəqə alıb, sonra isə komandasının 2-ci qolunun ötürməsini verib. Onu da bildirək ki, Marko millisinin əsas kapitanı Stefan Yovetiç 2-ci hissədə əvəzlənəndən sonra sarğını qoluna taxıb. Kuç isə 69-u meydana daxil olub.
Onu da bildirək ki, Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro millisi üçün bu, qrupda ilk qələbə və ilk xallar olub. Onlar qrupu sonuncu yerdə tamamlamaqla C Liqasına düşüb.
Türkiyə yığması isə yarışı 11 xalla 2-ci yerdə başa vurub. Bu qrupdan A Liqasına 12 xal yığan Uels millisi yüksəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC