"Qarabağ" "Braqa"yla səfər matçıyla bağlı azarkeşlərə müraciət etdi

"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin "Braqa" ilə səfər matçını izləmək istəyən azarkeşlərə müraciət edib.

Presssport.az.Ağdam təmsilçisinin müraciətini diqqətinizə çatdırır:

"UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Braqa” (Portuqaliya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1500 ədəd) oyun günü - fevralın 15-i yerli vaxtla 18:00-dan etibarən “Estadio Municipal de Braga” stadionunun 1-ci qapısında - A09 və A10 sektorlarının qarşısında satılacaq.

Biletin qiyməti: 40 avro

Diqqət: Bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur".

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC