Gürcüstanın U-21 millisi Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlib.
Presssport.az xəbər verir ki, komanda ötən gecə pley-off mərhələsinin cavab oyununda Xorvatiyadan olan həmyaşıdlarıyla qarşılaşıb.
Bu komandalar arasında ilk matç Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. İkinci görüşün əsas vaxtında isə Gürcüstan 3:2 hesablı qələbə qazanıb.
Buna görə də əlavə vaxt - 30 dəqiqə oynanılıb.
Bu müddət ərzində də qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə gürcülər 7:6 hesabı ilə qalib gəlib və AVRO-2025-in final məhələsinə adlayıb.
Bununla da Gürcüstanın U-21 millisi tarixində 2-ci dəfə Avropa çempionatında iştirak edəcək. Komanda daha əvvəl 2023-cü ildə ev sahibi kimi qitə çempionatının final mərhələsində yarışıb.
Xatırladaq ki, Gürcüstan U-21-ni vaxtilə Bakı “İnter”ində (hazırkı “Şamaxı”da) 2 il - 2015-17-də baş məşqçinin köməkçisi işləyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC