Azərbaycanın U-17 komandası Avropa çempionatının seçmə mərhələsində iştirak edib.
Presssport.az xəbər verir ki, Macarıstan (0:4), Yunanıstan (0:3) və Rumıniya (1:1) ilə qarşılaşan yığmamızın baş məşqçisi İlham Yadullayev fikirlərini AFFA-nın mətbuat xidmətinə bölüşüb:
“Çətin qrupda mübarizə aparacağımızı bilirdik. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq. Hər matçdan əvvəl rəqibə individual yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdı. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq. Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq. Rumıniya seçməsi ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdı. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik. Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq. Bu matçlar bizim üçün böyük dərs, təcrübə oldu”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC