"Real" "Sportinq"in hücumçusu Viktor Qyökereşi heyətinə qatmaq istəyir.
Presssport.az xəbər verir ki, Madrid təmslçisi 26 yaşlı isveçli futbolçu ilə ciddi maraqlanır.
Klub rəhbərliyi Viktoru komandanın iki hücumameyilli liderindən birinin əvəzedicisi hesab edir: Vinisius Junior və ya Kilian Mbappe.
Belə ki, hazırda böhran yaşayan “Real” rəhbərləri gözləntilərini hələ də doğrultmayan Mbappenin oyunundan narazıdı.
Digər tərəfdən, baş məşqçi Karlo Ançelotti psixoloji və mənəvi faktorlara görə Vinisiusun da performansını itirəcəyindən ehtiyat edir. Buna səbəb onun 2024-cü ildə “Qızıl top”u qazana bilməməsi və milli komandası ilə daim uğursuzluğa düçar olmasıdır.
"Real" prezidenti Florentino Peres Vinisius və Mbappenin vəziyyətindən və gələcəyindən asılı olmayaraq şəxsən Qyökereş ilə müqavilə imzalamaq istəyir. O, klubun problemlərinin erkən həllini Viktorda görür. “Sportinq” forvardını 100 milyon avroya satmağa hazır olacaq.
Onu da bildirək ki, bu mövsüm Qyökereş klub və milli komandada 22 matçda 32 qol vurub. O, bir neçə gün əvvəl UEFA Millətlər Liqasının 6-cı turunda Azərbaycan yığmasının qapısından 4 qol keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC