Futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib.
Pressssport.az xəbər verir ki, “Olimpik Star”da baş tutan turun ilk oyunda debutant “Şuşa” U-19-la qarşılaşıb.
Ramil Hüseynovun baş məşqçisi olduğu komanda ilk qələbəsini yığma üzərində qazanıb.
Turun mərkəzi oyununda son çempion “Araz-Naxçıvan” lider “Neftçi” İK ilə üz-üzə gəlib. Predraq Rayiçin komandası mövsümdə 2-ci məğlubiyyətinə üzülüb. “Neftçi” isə qələbə seriyasını 4-ə çatdırıb.
Turun son matçında “Baku Fire” autsayder “Yasamal Bakı”nı darmadağın edib.
Bu nəticələrdən sonra "bakı alovu" ilə "ağ-qaralar" şərikli liderliyini davam etdirirlər. "Araz-Naxçıvan" isə 3-cü pillədə qərarlaşıb.
23 noyabr
Şuşa – U-19 - 5:4
Araz-Naxçıvan – Neftçi İK - 2:3
Baku Fire – Yasamal Bakı - 15:1
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC