Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini 5 medalla başa vurub.
Presssport.az xəbər verir ki, son olaraq 10 metr pnevmatik tapançadan atəş açmada oğlanlardan ibarət yığmamız komanda yarışında qızıl mükafata sahib çıxıb.
Qızlardan ibarət kollektiv isə gümüş medal əldə edib.
Onu da bildirək ki, daha əvvəl millimizin heyətində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev isə bürünc mükafat qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC