"Türkiyə püşkatmada qaçmaq istədiyim tək ölkə idi"

Macarıstan millisinin baş məşqçisi Marko Rossi UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Presssport.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, A Liqası uğrunda pley-off matçında Macarısta Türkiyə ilə qarşılaşacaq.

Rossi püşkün nəticəsindən razı qalmadığı gizlətməyib: "Türkiyə püşkatmada qaçmaq istədiyim tək ölkə idi. Çünki bu komandanın gücünü və sahib olduğu bir çox dəyərli futbolçuları bilirəm. Üstəlik Türkiyədə səfər oyunu oynamağın necə bir şey olduğunun da fərqindəyəm. Səfər oyunumuz çox isti bir atmosferdə keçəcək".

Xatırladaq ki, 1/4 və pley-off oyunları gələn il 20-23 mart tarixlərində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC