“Qəbələ” növbəti yoxlama oyununu bu gün keçirib.
Presssport.az xəbər verir ki, “qırmızı-qaralar” I Liqadakı rəqiblərindən olan “Zaqatala” ilə üz-üzə gəlib.
Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.
Kaxaber Tsxadadzenin yetirmələri bu görüşdə 3:1 hesabı ilə qalib gəlib. Dörd qolun vurulduğu matçda "Qəbələ"nin heyətində Abdullahi Şuaybu, Nicat Əliyev və Elşad Tağıyev fərqlənib.
Xatırladaq ki, "qırmızı-qaralar" dünən öz stadionunda AFFA Region Liqası təmsilçisi “Ağcabədi”ylə yoxlama oyununda 20:0 hesablı qələbə qazanmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC