Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib - Olimpiya mükafatçıları avtoqraf sessiyası təşkil edib

"İdman paytaxtı" Qubada təşkil olunan lll İdman Festivalının növbəti günündə səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri və taekvondo üzrə təlimlər keçirilib.

Presssport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam edib. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün "Steroidlərə yox de!" mövzusunda təlim təşkil olunub.

Günün sonunda Olimpiya mükafatçıları - Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb. Səmimi görüşün sonunda yeniyetmə idmançılar üçün Olimpiya çempionları tərəfindən avtoqraf sessiyası təşkil edilib.

Festivalın 4-cü gününə uşaqların yallı rəqsi ilə yekun vurulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC