UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Presssport.az xəbər verir ki, püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib.
Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub.
İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Danimarka/Portuqaliya duelinin güclüsü ilə görüşəcək.
Xorvatiya - Fransa matçında qalib gələn tərəf isə Niderland - İspaniya görüşündə qələbə qazanan yığma ilə qarşılaşacaq.
Qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC