Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Presssport.az xəbər verir ki, “Sabah”ın kapitanının yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Yarımmüdafiəçi “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.
Onu da bildirək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudu.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC