Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli “Ferentsvaroş” və İsveç təmsilçisi “Malmö” arasında keçiriləcək V turun matçını idarə edəcək.
Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeştdə “Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, "Malmö" "Qarabağ"ın bu turnirdə rəqiblərindən biridi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC