AFFA İntizam Komitəsi “Sumqayıt”ı azarkeşlərinin davranışına görə 800 manat cərimələyib.
Presssport.az xəbər verir ki, buna Misli Premyer Liqasının XIV turunda "Şamaxı" ilə matçda fanatların meydana kənar əşyalar atması səbəb olub.
Eyni məbləğdə "Neftçi" də cərimələnib. "Zirə" ilə keçirilən matçda "Neftçi Arena"ya kənar şəxslərin daxil olması "ağ-qaralar"ı 800 manat ziyana salıb.
"Sabah" isə “Turan Tovuz”la matçda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə ödəməli olacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC