“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola özünə xəsarət yetirib.
Presssport.az xəbər verir ki, Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Feyenoord”la 3:3 hesabıyla nəticələnən ev qarşılaşmasından sonra 53 yaşlı ispaniyalı mütəxəssisin üzündə və başındakı cırmaq izləri diqqət çəkib.
Zədələrlə bağlı jurnalistin “Yaralarınız var. Nə olub?” sualına Qvardiola gülərək belə cavab verib: “Dırnaqlarımla cırmışam. Özümə zərər vermək istəyirəm”.
Onu da bildirək ki, bu qarşılaşmayadək “Mançester Siti” bütün yarışlarda 5 oyun ardıcıl məğlubiyyətə uğrayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC