Gürcüstanın yeni prezidenti keçmiş futbolçu ola bilər - Nazim Süleymanovun komanda yoldaşı

Gürcüstan millisinin sabiq futbolçusu futbolçusu Mixail Kavelaşvili öz ölkəsinin prezidenti ola bilər.

Presssport.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkənin hakim “Gürcü arzusu” partiyası Kavelaşvilinin namizədliyini irəli sürüb.

Mixail 2016-cı ildə adıçəkilən partiyasının namizədi kimi Gürcüstan parlamentinin deputatı seçilib.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək, yeni prezidentin andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Bu il ilk dəfə olaraq prezident seçkiləri 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən keçiriləcək.

Kavelaşvili Tiflis “Dinamo”su oynadığı vaxtda dəfələrlə ölkə çempionu olub. O, 1991-2002-ci illərdə millisinin formasını geyinib. 53 yaşlı sabiq hücumçu 1995-97-ci illərdə "Mançester Siti"də də oynayıb. Kavelaşvili peşəkar karyerası ərzində İsveçrənin "Qrashopper", "Sürix", "Sion", "Aray" və “Bazel” klublarında da çıxış edib.

Onu da bildirək ki, Mixail millimizin sabiq kapitanı Nazim Süleymanovla 1995-ci ildə “Spartak-Alaniya”da komanda yoldaşı olaraq birgə Rusiya çempionluğu qazanıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC