Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında keçiriləcək ölkə çempionatının püşkatma mərasimi baş tutub.
Presssport.az xəbər verir ki, tədbirdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov iştirak edib.
Rəsullu yarışda 60 idman təşkilatından 320-dən çox idmançının mübarizə aparacağını açıqlayıb. O, bu ilin Azərbaycan cüdosu üçün əlamətdar olduğunu, Yay Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında, eləcə də yeniyetmə və gənclər arasında yarışlarda tarixi nəticələrin əldə edildiyini xatırladıb, bu uğurların həm idmançılara, həm də federasiyanın gələcək fəaliyyətinə yüksək stimul yaratdığını qeyd edib.
İcraçı vitse-prezidnet yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. O, azarkeşləri turniri arenadan izləməyə dəvət edib.
Bağırov hakimlərin təcrübəsini və peşəkarlığını vurğulayıb. O, yarışın ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edərək bütün idmançılara uğurlar arzulayıb.
Talıbov püşkatma mərasimində yarış proqramı haqqında məlumat verib, daha sonra püşkatma start götürüb.
Xatırladaq ki, ölkə çempionatı noyabrın 29-dan dekabrın 1-nə dək Bakı İdman Sarayında keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC