Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti dəfə Konfrans Liqası oyununu idarə edib.
Presssport.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda keçirilən “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olub.
Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edib. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Məsiyev meydan sahiblərinin 1, qonaqların isə 2 futbolçusuna sarı vərəqə göstərib.
Xatırladaq ki, “Serkle Brügge” 7 xalla 11-ci, "Harts" isə 6 xalla 17-ci pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC