Avropa Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.
Presssport.az xəbər verir ki, “Qarabağ”ın sabiq legioneri Kadi Borgesin çıxış etdiyi Macarıstanın “Ferentsvaroş” klubu öz meydanında "Malmö” (İsveç) ilə qarşılaşaraq böyükhesablı qələbə qazanıb - 4:1.
Oyunda 3-cü qolu vuran Kadi ilk qolun ötürməsini də verib. 28 yaşlı braziliyalı yarımmüdafiəçi bu performansi ilə matçın ən yaxşı oyunçusu seçilib.
Maraqlıdı ki, bu, Borgesin bu yay keçdiyi Budapeşt klubunda avrikuboklarda ilk qoludu. O, qitəmiqyaslı turnirlərdə son qolunu 2022-ci ilin yayında “Qarabağ”la Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”ə isveçrədə vurmuşdu. “Sambaçı” 2:2 hesabıyla nəticələnərək mərhələ adladığımız həmin cavab görüşündə 55-ci dəqiqədə hesabı 1:1 etmişdi.
Onu da bildirək ki, "Ferentsvaroş" hazırda Avropa Liqasında 9 xalla 11-ci pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC