Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu idarə edib.
Presssport.az xəbər verir ki, o, V turda keçirilən “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olub.
Macarıstan klubunun 4:1 hesabı ilə qalib gəldiyi oyunda Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.
Əliyar bu görüşdə meydan sahiblərindən 1, qonaqlardan isə 2 futbolçuya sarı vərəqə göstərib. O, “Qarabağ”ın bu turnirdə rəqiblərindən olan "Malmö"nün qapısına penalti də təyin edib ki, "Ferentsvaroş" bu zərbəni dəqiq yerinə yetirib.
Xatırladaq ki, “Qarabağ”ın braziliyalı sabiq yarımmüdafiəçisi Kadi Borges bu matçda Macarıstan heyətində avrokuboklarda ilk qoluna imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC